“Qazanmağa layiq deyildik” - Okan Buruk

22:53 - 09 Noyabr 2025

“Qazanmağa layiq deyildik” - Okan Buruk

Süper Liqanın 12-ci turunda "Kocaelispor", evdə "Qalatasaray"-ı 1:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə “sarı-qırmızılılar” mövsümdə ilk dəfə uduzub.


Manset.az xəbər verir ki, matçdan sonra "Qalatasaray" baş məşqçisi Okan Buruk, komandasının zəif oyununu etiraf edib:

“Rəqib daha istəkli başladı, biz eyni mübarizəni göstərə bilmədik. Hücumda məhsuldar olmadıq, çox sadə qol buraxdıq. Qazanmağa layiq deyildik, rəqibimizi təbrik edirəm.”

Buruk həmçinin komandasının yorğun olduğunu və məsuliyyətin öz üzərində olduğunu bildirib:

“Altı oyunu ardıcıl oynadıq, Avropa dönüşləri çətin olur. Bu iş mənim məsuliyyətimdədir. Daha yaxşı olmalıyıq.”

Okan Buruk, "Kocaelispor"-un qələbəsini təbrik edərək bu məğlubiyyəti “dərs” kimi dəyərləndirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az