Braziliyanın “Sao Paulo” klubunda çıxış edən Oskar ürək ritmində yaranan pozğunluq səbəbindən xəstəxanaya yerləşdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ildə “Çelsi”dən 60 milyon avro müqabilində Çinin “Şanxay Port” klubuna transfer olunan məşhur futbolçu, 2025-ci ilin yanvar ayında vətəni Braziliyaya qayıdaraq “Sao Paulo”ya keçmişdi.
34 yaşlı futbolçunun səhhətində yaranan problem idman dünyasında narahatlıq doğurub.