Mərc oynayan bu 5 futbolçu cəza aldı - Topa həsrət qalacaqlar

22:30 - 13 Noyabr 2025

Mərc oynayan bu 5 futbolçu cəza aldı - Topa həsrət qalacaqlar

Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi (PFİK), mərc araşdırması çərçivəsində türk futbolçularına verilən cəzaları açıqlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Komitənin qərarına əsasən, “Konyaspor”un futbolçusu Alassane Ndao, “Kayserispor”dan Abdulsamet Burak, “Sivasspor”dan Ali Şaşal Vural, “Boluspor”dan Orkun Özdemir“Amedspor”dan Oktay Aydın 12 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Onlar ən yüksək səviyyədə cəza alan oyunçular kimi qeyd olunublar.

TFF Peşəkar Futbol İntizam Komitəsi, mərc oyunlarında iştirak etdikləri iddiası ilə PFİK-yə göndərilən futbolçularla bağlı yekun qərarını açıqlayaraq, müvafiq cəzaları ictimaiyyətə təqdim edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az