“Napoli” - “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxır.
Manset.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidmətindən bildirilib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçını Neapol şəhərindəki "Stadio Diego Armando Maradona"da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Biletlərin qiyməti 110 AZN-dir.
Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
Azərbaycanlı azarkeşlər üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb.
Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.
Azarkeşlərdən xahiş və tələb olunur ki, e-mail ünvanını düzgün yazdıqlarına əmin olsunlar - biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-sı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.