Millimiz bu gün Fransa ilə üz-üzə gələcək 

10:33 - 16 Noyabr 2025

Millimiz bu gün Fransa ilə üz-üzə gələcək 

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

 

Manset.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az