"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək

19:22 - 20 Noyabr 2025

\"Kəpəz\" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək

"Kəpəz" klubu Misli Premyer Liqasının XIII turundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.


Manset.az xəbər verir ki, Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, "Qəbələ" və "Kəpəz" arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Müqavilənin müddətinin uzadılmamasını, "Kəpəz" klubunun müraciətini, "Karvan-Yevlax" tərəfinin razılıq məktubunu nəzərə alaraq PFL Gəncə təmsilçisinin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə icazə verib.

Qeyd edək ki, "Kəpəz" bunadək ev matçlarını Qəbələ şəhər stadionunda keçirirdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az