“Bavariya” klubunun qapıçısı Sven Ulrayx mövsümün sonunda peşəkar karyerasını yekunlaşdıracaq.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, futbolçunun Münhen klubuyla olan cari müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Qarşılıqlı razılaşma əsasında tərəflər müqaviləni yeniləməyəcək. Təcrübəli qapıçının karyerasını bitirdikdən sonra klubda fərqli vəzifədə çalışacağı bildirilir.
Qeyd edək ki, karyerası ərzində “Ştutqart” və “Hamburq”da da çıxış edən Ulrayx “Bavariya” ilə 8 dəfə Almaniya çempionluğunu, 3 dəfə ölkə kubokunu, 6 dəfə Almaniya Superkubokunu qazanıb. Bundan əlavə, klubla UEFA Çempionlar Liqası və UEFA Superkubokunu da qazanıb.