Arda Gülərdən "Real Madrid"ə MESAJ

23:20 - 20 Noyabr 2025

Arda Gülərdən \"Real Madrid\"ə MESAJ

"Real Madrid"in futbolçusu çərşənbə axşamı Sevilyada keçirilən İspaniya–Türkiyə matçına ehtiyat oyunçular skamyasından başlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin qrupda lider ola bilməsi üçün səfərdə İspaniyanı 7 top fərqi ilə məğlub etməsi tələb olunurdu. Bu, demək olar ki, mümkünsüz görünürdü və görüş 2:2 hesabı ilə başa çatdı.

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella irəliyə baxmağı üstün tutaraq diqqətini mart ayında keçiriləcək pley-off oyunlarına yönəldib. ABŞ, Meksika və Kanadada təşkil olunacaq Dünya Çempionatına vəsiqə qazanmaq üçün Türkiyə pley-off mərhələsində mübarizə aparacağından, Montella İspaniya görüşünə də daha real yanaşdığını bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az