Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə REAKSİYA 

23:22 - 21 Noyabr 2025

Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə REAKSİYA 

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində onunla bağlı hazırlanan səhnəciyə münasibət bildirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o bu haqda mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

“Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm”, - deyə Qurban Qurbanov bildirib.

Xatırladaq ki, “Bu Şəhərdə” kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az