UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Napoli”yə xəbərdarlıq edilib.
Manset.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
UEFA-nın xəbərdarlığının səbəbi Neapol təmsilçisinin 4-cü turun PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır.
Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.
Qeyd edək ki, “Qarabağ”ın “Napoli” ilə oyunu noyabrın 26-sı İtaliyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.