İslamiadada çıxış edən idmançılarımız Vətənə döndülər

09:15 - 23 Noyabr 2025

İslamiadada çıxış edən idmançılarımız Vətənə döndülər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə dönüblər.


Manset.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komanda Oyunları ümumilikdə 59 medalla başa vurub.

Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) qərarlaşıb. Özbəkistan ikinci (29 qızıl, 35 gümüş, 32 bürünc), İran (29 qızıl, 19 gümüş, 33 bürünc) üçüncü olub.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az