İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
Manset.az xəbər verir ki, London derbisində “Arsenal” doğma meydanda “Tottenhem”lə qarşılaşıb. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda “topçular” 29 xalla turnir cədvəlinə başçılıq edir.
Qonaqlar isə 18 xalla 9-cu pillədə qərarlaşıblar.