"Qalatasaray"ın nigeriyalı hücumçusu Victor Osimhenin zədəsi böyük maraq doğurub. Osimhen, milli komanda oyununda aldığı zədə səbəbindən "Gənclərbirliyi" qarşısında oynaya bilməmişdi. Baş məşqçi Okan Buruk, futbolçunun növbəti oyuna yetişməsi üçün əlindən gələni edəcəklərini bildirmişdi. Lakin, Osimhen, "Union SG" ilə keçiriləcək oyunda iştirak edə bilməyəcək. Osimhenin 1 dekabr tarixindəki "Fənərbaxça" derbisinə yetişib-yetişməyəcəyi isə hələ də qeyri-müəyyəndir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sağlamlıq komandası, bu barədə son qərarın cümə günü veriləcəyini açıqlayıb.
Dünən isə zədəsini müalicə edən Osimhen, salonda fərdi məşqlərinə davam edib.