"Qalatasaray"da baş məşqçi Okan Buruk qış fasiləsi üçün planlamalarını sürətləndirərək, komandada düşünmədiyi üç futbolçu ilə yolları ayırmağa hazırlaşır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyədə iddialar yayılmağa davam edir. Yusuf Demir tamamilə göndəriləcək, Berkan Kutlunun ayrılmaq istəyi qəbul ediləcək və Ahmed Kutucunun gələcək təklifləri qiymətləndiriləcək.
"Qalatasaray" rəhbərliyi, transfer dönəmində yeni futbolçuların komanda ilə birləşməsi üçün çalışarkən, digər tərəfdən ayrılacaq futbolçularla bağlı son qərarı verəcək.