Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Napoli” - “Qarabağ” matçı təxirə düşmək ehtimalı var.
Manset.az xəbər verir ki, İtaliyada hazırda şəhərdə məktəblər və açıq havadakı idman qurğuları bağlıdır. Hava şəraiti ilə əlaqədar oyunun təxirə düşəcəyi də istisna edilmir.
Məsələ ilə bağlı açıqlama verən “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev bildirib ki, “hazırda gündəmdə belə bir məsələ yoxdur”.
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.(Offsideplus.az)