Əsas mərhələnin beşinci turuna yekun vurulur

09:30 - 26 Noyabr 2025

Əsas mərhələnin beşinci turuna yekun vurulur

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində beşinci turun son oyunları keçiriləcək.


Manset.az xəbər verir ki, beşinci turun son oyun günündə doqquz qarşılaşma baş tutacaq.

Belə ki, "Kopenhagen" klubu "Kayrat"la, "Pafos" klubu "Monako" ilə, "Arsenal" klubu "Bavariya" ilə, "Atletiko Madrid" klubu "İnter"lə, "Ayntraxt Frankfurt" klubu "Atalanta" ilə, "Liverpul" klubu PSV ilə, "Olimpiakos" klubu "Real Madrid"lə, PSJ klubu "Tottenhem"lə, "Sportinq" isə "Brügge" klubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

V tur

26 noyabr

Saat 21:45, "Kopenhagen" - "Kayrat";

Saat 21:45, "Pafos" - "Monako".

27 noyabr

Saat 00:00, "Arsenal" - "Bavariya";

Saat 00:00, "Atletiko Madrid" - "İnter";

Saat 00:00, "Ayntraxt Frankfurt" - "Atalanta";

Saat 00:00, "Liverpul" - PSV;

Saat 00:00, "Olimpiakos" - "Real Madrid";

Saat 00:00, PSJ - "Tottenhem";

Saat 00:00, "Sportinq" - "Brügge".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az