Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izlədi

09:21 - 26 Noyabr 2025

Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izlədi

Xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda “Napoli” - “Qarabağ” (2:0) qarşılaşmasını izləyib.


Manset.az xəbər verir ki, bu barədə Xİn rəhbəri “X”də paylaşım edib.

“İtaliyaya rəsmi səfərim çərçivəsində “Qarabağ” və “Napoli” arasında keçirilən UEFA Çempionlar Liqası matçını izləməkdən məmnunam”, - nazir bildirib.

O əlavə edib ki, bu, “Qarabağ”ı dəstəkləmək üçün mənalı bir fürsət idi, çünki onlar Azərbaycanı Avropa səhnəsində qürurla təmsil edirlər:

“Matçdan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəllə birlikdə oyunçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan “Napoli”yə qarşı əzmkar oyunlarına görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda uğurlar arzuladım”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az