Neymarın kariyerası bitir? - Azarkeşlərinə pis xəbər

17:39 - 26 Noyabr 2025

Neymarın kariyerası bitir? - Azarkeşlərinə pis xəbər

Neymar, Santos klubunda yenidən sol dizindən zədə alaraq 2025-ci ili erkən bağladı. Braziliya mətbuatı, ulduz futbolçunun ardıcıl olaraq yaşadığı ciddi zədələr səbəbilə futbolu tərk etmə ehtimalının artıq çox ciddi olduğunu yazıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, bu vəziyyət, Neymar üçün bir dövrün sonu kimi qiymətləndirilir. Son 15 ildə futbol dünyasının ən böyük ulduzlarından biri olan Neymar üçün vəziyyət getdikcə pisləşir.

Səudiyyə Ərəbistanı macərasında ağır zədə alıb və təxminən bir il meydanlardan uzaq qaldıqdan sonra Santosa döndükdən sonra bu dəfə yenidən dizindən zədə aldı. İddialara görə, 2025-ci il Neymar üçün tamamilə sona çatıb və ulduz futbolçunun futbolu tərk etmə ehtimalı artıq ciddi şəkildə müzakirə olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az