Premyer Liqasında böyük maraqla gözlənilən derbi üçün artıq sayılı saatlar qalıb. Çempionluq mübarizəsini yaxından təsir edən qarşılaşmada "Fənərbaxça" öz meydanında əzəli rəqibi "Qalatasaray"ı qəbul edəcək.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu qarşılaşmanı Yasin Kol idarə edəcək, hakim isə Ali Şansalan olacaq.
"Qalatasaray", "Fənərbaxça"ya uduzmadığı təqdirdə liderliyini qoruyacaq. "Fənərbaxça" isə derbini qələbə ilə tamamlayarsa, həftəni lider olaraq başa vuracaq.