“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir namizəd

21:17 - 02 Dekabr 2025

“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir namizəd

“Neftçi” Rusiyanın “ÇSKA” klubunun keçmiş baş məşqçisi Viktor Qonçarenkonu komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirir.


Manset.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb.

Bildirilib ki, belaruslu mütəxəssisin son iş yeri Rusiyanın “Pari NN”  klubu olub. 48 yaşlı Viktor Qonçarenko 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər Nijni Novqorod komandasına rəhbərlik edib.

Xatırladaq ki, “Neftçi”nin əvvəlki baş məşqçisi Samir Abasov olub. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az