“Neftçi” Rusiyanın “ÇSKA” klubunun keçmiş baş məşqçisi Viktor Qonçarenkonu komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirir.
Manset.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb.
Bildirilib ki, belaruslu mütəxəssisin son iş yeri Rusiyanın “Pari NN” klubu olub. 48 yaşlı Viktor Qonçarenko 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər Nijni Novqorod komandasına rəhbərlik edib.
Xatırladaq ki, “Neftçi”nin əvvəlki baş məşqçisi Samir Abasov olub.