İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, La Liqa nəhəginin müdafiəçisi Ferlan Mendi sıradan çıxıb.
Fransalı futbolçu sağ ayaq əzələsindən zədə alıb. 30 yaşlı sol cinah müdafiəçisinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Real" Ferlan Mendini 2019-cu ilin yayında "Lion"dan 48 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 1 rəsmi matçda meydana çıxıb.