"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi "Kasımpaşa" ilə oynanan qarşılaşmada vurduğu qol ilə klub tarixində iz buraxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Super Liqanın 17-ci həftəsində "Qalatasaray" "RAMS Park"da Kasımpaşa ilə üz-üzə gəlib. Bu oyunda argentinalı futbolçu Mauro İkardi klub tarixində mühüm bir nailiyyət qazanıb.
Sarı-qırmızı rəngli komandada həm komanda olaraq, həm də fərdi şəkildə çoxsaylı uğurlar qazanan İkardi 32 yaşında böyük bir addım ataraq "Kasımpaşa"ya vurduğu yeganə qolla "Qalatasaray"da 60-cı qolunu qeyd etdi. Mauro İkardi bununla da əfsanəvi futbolçu Gheorghe Haginin 59 qolundan ibarət rekordunu keçərək, "Qalatasaray"ın Süper Liqada ən çox qol vuran xarici futbolçusu olub.
Argentinalı hücumçu, 2023-2024 mövsümündə Süper Liqada 25 qol vuraraq, qol krallığı yarışında birinci yeri tutmuşdu.