“Liverpul” “Qarabağ”la oyundan əvvəl Slotu qovacaq?

16:33 - 20 Yanvar 2026

“Liverpul” “Qarabağ”la oyundan əvvəl Slotu qovacaq?

“Liverpul”un baş məşqçisi Arne Slot yaxın vaxtlarda vəzifəsindən göndərilə bilər.


Manset.az xəbər verir ki, bu barədə “MatchDay Central” məlumat yayıb.

“Qırmızılar”ın rəhbərliyi komanda Çempionlar Liqası matçında “Marsel”ə uduzacağı təqdirdə Slotu istefaya göndərməyi planlaşdırır. Kluba yaxın mənbələr bildirir ki, rəhbərliyin səbr kasası dolmaq üzrədir və məğlubiyyət baş məşqçi ilə bağlı qərarın dərhal verilməsinə səbəb ola bilər.

Arne Slot “Liverpul”u 2024-cü ilin yayında çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında mersisaydlılar İngiltərə çempionu olublar, lakin cari mövsüm o qədər də uğurlu alınmır.

Qeyd edək ki, İngiltərə nəhəngi UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Bu komandalar yanvarın 28-də sonuncu tur çərçivəsində “Enfild Roud” stadionunda üz-üzə gələcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az