"Barselona" 100 milyonluq ulduzu transfer edəcək?

17:31 - 20 Yanvar 2026

\"Barselona\" 100 milyonluq ulduzu transfer edəcək?

"Atletiko"da çıxış edən argentinalı hücumçu Yulian Alvares "Barselona"nın maraq dairəsinə düşüb.


Manset.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Barsa" rəhbərliyi Alvaresi yay transfer pəncərəsi üçün əsas hədəf kimi müəyyənləşdirib. 25 yaşlı hücumçunun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

Argentinalı futbolçunun "Atletiko" ilə mövcud müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədərdir.

Yulian Alvares bu mövsüm İspaniya La Liqasında "matrasçılar"ın heyətində 20 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az