"Qalatasaray-Atletiko" matçı ilə bağlı Okan Burukdan açıqlama

17:27 - 22 Yanvar 2026

\"Qalatasaray-Atletiko\" matçı ilə bağlı Okan Burukdan açıqlama

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Atletico Madrid" ilə keçirilən matçdan sonra açıqlamalar verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 7-ci turunda "Atletico Madrid" ilə 1-1 bərabərlik nəticəsi əldə edən "Qalatasaray"da baş məşqçi Okan Buruk açıqlamasında bunları deyib:

"Azarkeşlərimiz, öz meydanımızda oynadığımız belə matçları gözləyir. Çox gözəl bir atmosfer vardı. Azarkeşlərimiz komanda ilə birləşdi. Hücuma birgə çıxdıq, müdafiəyə birgə döndük. Qarşımızda çox dinamik, atletik və topu ayağında sürətlə idarə edən, müdafiə arxasına qaçışlar edən bir komanda vardı. Hər an mövqeyə girə biləcək bir komandaya qarşı oynayırdıq. Tez bir qolu buraxmaq bizi çətin duruma saldı, amma bərabərlik qolunu vurduq. Topa daha çox sahib olduq. İkinci yarıya balanslı başladıq. Rəqibimizə daha az vəziyyət yaratdıq. Matçın sonlarında öz qapımıza çəkildik, bu da bizim üçün çox vacib olan 1 xal qazanmamıza səbəb oldu. İlk 24-ü təmin edib, ilk 16-ya yüksəlmək üçün 1 xal da çox vacib idi. Matçın son anlarında çox önəmli bir vəziyyət yaranıb, amma bunu dəyərləndirə bilmədik. Futbolçularımızın performansından və mübarizəsindən məmnunam. Onlara təşəkkür edirəm. Azarkeşlərimiz də güclü bir enerji ortaya qoydu. Çətin bir qarşılaşma idi, amma bərabərlik bizim üçün strateji baxımdan vacib idi. Bundan sonra qarşıda Manchester City səfəri var. İlk 16-ya yüksəlmək üçün mübarizə aparacağıq", - deyə Baş məşqçi bildirib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az