Yanvarın 28-də keçiriləcək UEFA Çempionlar Liqasının “Liverpul” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər tərəfindən böyük maraq var.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, İngiltərədə keçiriləcək bu matça “Qarabağ”ın artıq düz 1200-ə yaxın azarkeşi bilet alıb. Bu, Ağdam klubuna ayrılan 3 min yerin yarısına yaxındır. Oyun müddətinə qədər bu sayın daha da artacağı gözlənilir.
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.