"Qarabağ" Danimarka liqasından oyunçu alır - FOTO

19:20 - 23 Yanvar 2026

\"Qarabağ\" Danimarka liqasından oyunçu alır - FOTO

"Qarabağ" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.


Manset.az oxu.az-a istinadən xəbər verir ki, Danimarkanın "Orhus" klubunun yarımmüdafiəçisi Kevin Yakob "Qarabağ"ın diqqətini çəkib.

"Kevin klubda xoşbəxtdir və bu mövsüm yaxşı çıxış edib. Bir neçə klubdan maraq var, amma bütün tərəflərə hörmət etdiyim üçün adlarını çəkə bilmərəm", - deyə oyunçunun agenti açıqlama verib.

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Orhus" klubu ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm 18 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Kevin Yakob 2023-cü ildə İraq millisinin heyətində debüt edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az