Beşiktaş Tammy Abrahamı göndərməyə hazırlanır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, mövsümün yarısında 7 futbolçu ilə yollarını ayıran Beşiktaş İngiltərəli hücumçu Tammy Abrahamı da komandadan göndərmək üzrədir. İngiltərə Premyer Liqası klubu Aston Villa Abraham üçün ciddi təklif irəli sürüb.
Hələ yarım mövsümdə transfer etməyən Beşiktaş, mövsümün əvvəlində heyətinə qatdığı Tammy Abrahamı da satışa çıxarır.
Uzun müddətdir Aston Villa ilə danışıqlar aparan qara-ağlılar, Abraham üçün 15 milyon avro ilə başlayan razılaşmanı 21 milyon avro və gənc müdafiəçi Yasin Özcanın transfer haqqı səviyyəsinə qədər yüksəldiblər.
Məlumata görə, iki klub arasında ilkin ödəniş və ödəniş planı kimi detallarda son danışıqlar aparılır və transfer artıq tamamlanmaq üzrədir.
Əgər son anda heç bir problem yaranmasa və əlavə tələblər gəlməsə, yaxın zamanda bu transferin rəsmiləşdirilməsi gözlənilir. Abraham imza mərhələsinə çatarsa, Göztepe ilə oyunda iştirak etməyəcək.