"Yuventus" türkiyəli 2-ci oyunçunu da transfer etdi - FOTO

20:35 - 23 Yanvar 2026

\"Yuventus\" türkiyəli 2-ci oyunçunu da transfer etdi - FOTO

“Yuventus” 2004-cü il təvəllüdlü türk hücumçunu heyətinə cəlb edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İtaliyanın “Yuventus” klubu “Triestina” komandasında çıxış edən, 2004-cü il təvəllüdlü türk hücumçu Teoman Gündüzü ehtiyat heyəti olan “Next Gen” komandasına transfer edib.

Daha əvvəl Kenan Yıldızı eyni qaydada “Next Gen” heyətinə cəlb edən “Yuventus” bu dəfə daha bir türk futbolçunu klubun gənclər sisteminə qatıb.

İtaliyalı jurnalist Nikolo Skiranın yaydığı məlumata görə, Turin təmsilçisi Teoman Gündüzlə 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Razılaşmada müqavilənin 2030-cu ilə qədər uzadılması seçimi də nəzərdə tutulur.

“Triestina” klubu isə futbolçunun gələcək transferindən əldə olunacaq məbləğin 10 faizi üzərində pay hüququnu özündə saxlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az