Misli Premyer Liqasının XVII turunda "Qəbələ" səfərdə "Şamaxı"nı məğlub edib.
Manset.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş Qəbələ təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində ilk qolu 45-ci dəqiqədə Domi Massumo vurub. Hissələrarası fasilədən sonra, 46-cı dəqiqədə isə "Qəbələ" İsaak Amoahın sayəsində ikinci qolu rəqib qapısından keçirib. Görüşün 81-ci dəqiqəsində İsmael Akinade fərqi 3 topa çatdırıb. Matça əlavə olunmuş vaxtda isə Fərid İsgəndərov komandasının 4-cü qolunu vurub.
Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək.