"Liverpul" Robertsonu yarı qiymətinə satır - MƏBLƏĞ

14:52 - 25 Yanvar 2026

\"Liverpul\" Robertsonu yarı qiymətinə satır - MƏBLƏĞ

"Liverpul"un 31 yaşlı cinah müdafiəçisi Endryu Robertsonun "Tottenhem"ə transferi yekunlaşmaq üzrədir.


Manset.az Fanat.az-a istinadən xəbər verir ki, "qırmızılar"la müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulan şotlandiyalı futbolçunun 5 milyon funt sterlinqə (5,7 milyon avro) satılacağı gözlənilir. Mənbə heyətindəki zədəlilərin sayı çox olan London təmsilçisinin 31 yaşlı Endryunun transferini mümkün qədər tez həll etməyi hədəflədiyini vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 22 matça çıxan Robertson 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az