Futbolçu Mauro İkardi ilə aktrisa China Suarez təxminən bir ildən bəri davam edən münasibətləri ilə mətbuatın gündəmində yer almağa davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mauro İkardi ilə münasibətdə olan China Suarez qatıldığı proqramda ilk dəfə olaraq evlənmək istədiyini açıq şəkildə bildirib.
China Suarez evliliyə baxışının dəyişdiyini bildirdi. Suarez, "Həyatım boyu evlənməyi arzu etmədim, amma indi istəyirəm. Həmçinin, yenidən ana olmağı da istəyirəm" - deyib.