“Neftçi”- “Qarabağ” oyununun təxirə salınmasına əsasnamə nə deyir?

20:41 - 07 Fevral 2026

“Neftçi”- “Qarabağ” oyununun təxirə salınmasına əsasnamə nə deyir?

Bir neçə gündür ki, istər mediada, istərsə də sosial şəbəkələrdə “Neftçi”- “Qarabağ” oyununun təxirə salınması ilə bağlı müzakirələr gedir. Belə ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciəti “Neftçi” tərəfindən qəbul edilməyib.


Manset.az xəbər verir ki, “Neftçi” klubunun “Qarabağı”ın təklifinə yox deməsi müəyyən etirazlara səbəb olub.

Həmçinin, PFL-in əsasnaməsində də matçların təxirə salınması ilə bağlı maddələrin olması qabardılır. Amma PFL-in əsasnaməsində bu məsələ ilə bağlı müəyyən bəndlər yer alıb.

Belə ki, matç əgər bir gün təxirə salınırsa, buna heç bir tərəf etiraz edə bilməz. Yox, əgər matçın vaxtı qeyri-müəyyən müddətə dəyişirsə, bu zaman hər iki tərəfin razılığı olmalıdır.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i saat 19:00-da keçiriləcək. 

Çempionlar Liqasının pley-offunun cavab görüşü çərçivəsindəki “Nyukasl” – “Qarabağ” görüşü isə fevralın 24-dən 25-nə keçən gecə 00:00-da oynanılacaq.

PFL-in əsasnaməsindəki həmin maddələri təqdim edirik:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az