"Nəriman Axundzadənin komandadan getməsi ürəkaçan deyil"

17:49 - 10 Fevral 2026

\"Nəriman Axundzadənin komandadan getməsi ürəkaçan deyil\"

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Qarabağ"dan getməsi komanda üçün ürəkaçan hal deyil.


Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XIX turunda səfərdə "Şamaxı"nı məğlub etdikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib

O, 21 yaşlı hücumçunun ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı danışıb:

"Nəriman kimi futbolçunun komandadan getməsi bizim üçün ürəkaçan deyil. Amma son vaxtlar məlum məsələlərə görə bu, lazım idi. Çünki oyunçu özündə deyildi. Hər gün fərqli fikirdə idi, qarşısına nəsə çıxırdı, yazılanları oxuyub gəlirdi. Nəriman komandanın ən məhsuldar oyunçulardan biridir. Onun getməyinə ehtiyac yarandı ki, öz oyununu yenidən tapsın. Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ona ehtiyacım var idi. Amma edəcək bir şey yoxdur. Təki transfer alınsın, onun üçün yaxşı olsun. Nəriman Axundzadə böyümək üçün son iki ildə çox əziyyət çəkib".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az