"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Manset.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.
Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.
İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.
***
01:13
"Qarabağ" top fərqini yenidən minimuma endirib.
Manset.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 57-ci dəqiqəsində Elvin Cəfərquliyev top fərqini azaldıb - 3:2.
***
01:09
Ev sahibi komanda oyunda yenidən hesabı artırıb.
Manset.az xəbər verir ki, "Nyukasl"ın heyətində oyunun 52-ci dəqiqəsində Botman fərqlənib - 3:1.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.
***
01:06
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Nyukasl"a qarşı oynayır.
Manset.az xəbər verir ki, "Qarabağ"ın heyətində oyunun 51-ci dəqiqəsində Kamilo Duran top fərqini azaldıb - 2:1.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.
***
01:02
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.
***
00:47
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesbaı ilə üstün yollanıblar.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.
***
00:06
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci qol vurulub.
Manset.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini artırıblar - 2:0.
Joelinton 6-cı dəqiqədə tablonu hərəkətə gətirib.
***
00:05
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qol vurulub.
Manset.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.
5-ci dəqiqədə Sandro Tonali adını tabloya yazdırıb.
***
00:00
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.
Manset.az xəbər verir ki, qarşılaşma "Sent-Ceyms Park" stadionunda keçirilir.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.