İrandan Dünya Kuboku ilə bağlı açıqlama

16:18 - 02 Mart 2026

İrandan Dünya Kuboku ilə bağlı açıqlama

ABŞ və İsrailin İranı hədəf alan hücumlarından sonra İran Futbol Federasiyası ABŞ, Kanada və Meksikanın birgə təşkil edəcəyi Dünya Kubokuna qatılma ilə bağlı rəsmi açıqlama verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İsrailin İranı hədəf alması sonrası gözlər İranın Dünya Kubokuna qatılıb-qatılmayacağına yönəlib. İran Futbol Federasiyasının prezidenti Mehdi Taj ABŞ, Kanada və Meksikada keçiriləcək turnirə qatılma ilə bağlı maraqlı açıqlamalar edib.


İran Futbol Federasiyasının prezidenti Mehdi Taj ABŞ, Kanada və Meksika ev sahibliyində keçiriləcək "FIFA-2026" Dünya Kubokuna qatılmaq barədə "Bu hücumdan sonra Dünya Kubokunu ümidlə gözləməyimizi gözləmək olmaz" - deyib.


Mehdi Taj Dünya Kubokuna qatılma ilə bağlı son qərarın müvafiq rəsmilər tərəfindən veriləcəyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az