MLS komandası "İnter Mayami"nin formasını geyinən Lionel Messi karyerasının 900-cü qolunu vurduğu gecədə komandasının aldığı nəticə ilə əslində kabusunu yaşayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, CONCACAF Çempionlar Kubokunun son 16 turunda "İnter Mayami", "Nashville SC" ilə oynadığı cavab matçında 1-1 bərabərə qaldı və səfər qol qaydası səbəbindən turnirdən kənarlaşdırılıb.
Lionel Messi MLS komandası "İnter Mayami" forması ilə karyerasının 900-cü qolunu atıb lakin bu qol komandasının CONCACAF Çempionlar Kubokunda mübarizəni davam etdirməsini təmin etməyib.