Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı 

11:05 - 29 Mart 2026

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı 

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev ABŞ-nin Sietl şəhərində növbəti döyüşünü keçirib.


Manset.az xəbər verir ki, 36 yaşlı idmançı İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

O, rəqibini məğlub edərək qələbə qazanıb. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

Xatırladaq ki, İqnasio Bahamondes sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az