"Fənərbağça"nın məşhur ulduzu zədələndi - FOTO

10:08 - 10 Aprel 2026

\"Fənərbağça\"nın məşhur ulduzu zədələndi - FOTO

"Fənərbağça" Marco Asensionun zədələndiyini açıqlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, komandanın verdiyi məlumata görə, futbolçu Marco Asensionun aparılan müayinələr nəticəsində sol dizinin ön çapraz bağında gərilmə və şişkinlik aşkar edilib. Oyunçunun müalicəsinə başlanıb.

İspan futbolçusunun 2 həftə müddətində oyunlardan kənarda qalması gözlənilir.

Qeyd edək ki, Asensio Super Liqanın 28-ci turunda "Beşiktaş"la keçirilən derbinin ilk yarısında zədələnərək oyunundan çıxmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az