Bu gün UEFA Çempionlar Liqası yarımfinal mərhələsində daha bir maraqlı qarşılaşma baş tutacaq.
Manset.az xəbər verir ki, günün oyununda “Atletiko Madrid” doğma meydanda “Arsenal”la üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri 5 və 6 may tarixlərində keçiriləcək və finala yüksələn komandalar həmin oyunlardan sonra müəyyənləşəcək.
Xatırladaq ki, yarımfinalın ilk oyun günündə PSJ doğma meydanda Bavariya üzərində 5:4 hesablı qələbə qazanaraq üstünlük əldə edib.