Bu hücumçu aparıcı klubların hədəfinə düşdü

01:30 - 31 May 2026

Bu hücumçu aparıcı klubların hədəfinə düşdü

"Portu"nun hücumçusu Vilyam Qomes Avropanın bir neçə aparıcı klubunun transfer hədəfinə çevrilib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının bürünc mükafatçısı "Mançester Yunayted" cinahlarını gücləndirmək üçün 20 yaşlı futbolçuya maraq göstərir.

Məlumata görə, gənc oyunçunu həmçinin "Atletiko", "Arsenal", "Nyukasl" və "Roma" klubları da yaxından izləyir. Portuqaliya təmsilçisi isə Qomesin keçidi ilə bağlı yalnız müqaviləsindəki 80 milyon avro sərbəstqalma ödənişi müqabilində danışıqlar aparmağa hazırdır.

Qeyd edək ki, Vilyam Qomes 2025/2026 mövsümündə meydana çıxdığı 46 matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az