Azərbaycan Premyer Liqasında başa çatan mövsümü üçüncü pillədə yekunlaşdıran “Turan Tovuz” avrokuboklara vəsiqə qazansa da, bu hüquqdan məhrum edilə bilər.
Manset.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, UEFA Konfrans Liqasına Tovuz təmsilçisinin yerinə, “Zirə”nin yollanmaq ehtimalı yaranıb.
Məsələnin detalları tezliklə açıqlanacaq. Bununla bağlı UEFA-nın artıq qərar verdiyi, problemin Tovuz klubunun 2018-2022-ci illər arasında yaşadığı problemlərlə əlaqədar olduğu bildirilir.
Qeyd edək ki, "Turan Tovuz"un 32 il sonra qitə turnirlərində iştirak etmək hüququ yaranıb.