Braziliyanın A Seriyası təmsilçilərindən olan “Atletiko Mineyro”nun “Fənərbağça”da çıxış edən Fredlə razılıq əldə etdiyi və hazırda İstanbul təmsilçisi ilə transfer məbləği üzrə danışıqları davam etdirdiyi bildirilir.
Manset.az xəbər verir ki, “Fənərbağça”da 6–7 iyun tarixlərində keçiriləcək növbədənkənar seçkili ümumi yığıncaq ərəfəsində prezidentliyə namizədlər Aziz Yıldırım və Hakan Safi fəaliyyətlərini davam etdirirlər.
Klubda yeni mövsümün planlaşdırılması və transfer siyasətinin müəyyənləşdirilməsi üçün yeni prezidentin seçilməsi gözlənilsə də, komanda ilə bağlı transfer xəbərləri gündəmdə qalmaqdadır.
Braziliyanın “Globo” nəşrinin yaydığı məlumata əsasən, A Seriyasında mübarizə aparan “Atletiko Mineyro” Fredlə şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib.
Məlumatda qeyd olunur ki, Braziliya klubu hazırda futbolçunun transfer hüquqlarının alınması üçün “Fənərbağça” ilə danışıqlar aparır.