"Qalatasaray"ın hücumçusuna göz dikdilər

00:30 - 03 İyun 2026

\"Qalatasaray\"ın hücumçusuna göz dikdilər

"Atletiko" hücum xəttini gücləndirmək üçün "Qalatasaray"ın forvardı Viktor Osimheni heyətinə qatmağı planlaşdırır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Madrid klubu  Xulian Alvaresin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda bu addımı atmağa hazırlaşır.

Bildirilir ki, nigeriyalı hücumçu ilə “Atletiko”dan başqa “Mançester Yunayted”, “Arsenal” və PSJ də maraqlanır.

Qeyd edək ki, Osimhen son iki mövsümdə "Qalatasaray"ın heyətində 74 oyunda 59 qol vuraraq diqqət mərkəzinə düşüb və komandanın qazandığı iki çempionluqda mühüm pay sahibi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az