logo
logo logo
logo

Azyaşlı futbolçu faciəvi şəkildə öldü

22:59 - 01 Avqust 2026

Azyaşlı futbolçu faciəvi şəkildə öldü

“Şamaxı” futbol klubuna ağır itki üz verib.


Manset.az xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.

Gənc futbolçunun ölüm səbəbi ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, 12 yaşlı S.Babazadə Qax-Qoragan avtomobil yolunda baş verən ağır qəzada həlak olub. Belə ki, hərəkətdə olan “Mercedes” və “Niva” markalı iki avtomobil toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ölüb. Həmin avtomobildə olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az