logo
logo logo
logo

"Fənərbağça"da qarşıdurma

22:05 - 02 Avqust 2026

\"Fənərbağça\"da qarşıdurma

İstanbulun "Fənərbağça" klubunda gərginlik səngimək bilmir. Bu dəfə komandanın əsas oyunçularından olan Marko Asensio ilə baş məşqçi İsmail Kartal qarşı-qarşıya gəlib.


Manset.az xəbər verir ki, bu barədə "Takvim" qəzeti məlumat yayıb. KİV ispaniyalı yarımmüdafiəçinin baş məşqçinin qərarlarından narazı qaldığını iddia edib.

Türkiyə mediasının yazdığına görə, Asensio "Fənarbağça"nın futbol şöbəsinin müdiri Oğuz Çetinlə görüşərək baş məşqçidən ona şikayət edib. Marko Asensio Çempionlar Liqasının seçmə oyunlarında ehtiyat oyunçular skamiyasında əyləşməsini özünə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Xəbərdə o da qeyd olunur ki, komandanın digər üzvləri də Kartalın qərarlarından narazıdır.

Türkiyə çempionatının başlanmasına iki həftə qalmış baş məşqçi ilə futbolçular arasında qarşıdurma yaranması azarkeşlərin ciddi narahatlığına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az