logo
logo logo
logo

"Sabah" səfərdə "Orhus"a məğlub oldu - YENİLƏNİB

23:11 - 05 Avqust 2026

\"Sabah\" səfərdə \"Orhus\"a məğlub oldu - YENİLƏNİB

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Orhus"la (Danimarka) qarşılaşıb.


Manset.az xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

Skandinaviya təmsilçisinin heyətində Ceyms Boqere (31, 63) dubl edib. "Bayquşlar"ın yeganə qolu isə Velko Simiçin (66) ayağına yazılıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

***

22:39

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.

66-cı dəqiqədə Velko Simiç fərqlənib.

***

22:36

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ikinci qol vurulub.


Manset.az xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu ikinci qolu qapısında görüb - 0:2.

63-cü dəqiqədə Ceyms Boqere dubl müəllifi olub.

***

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu hesabda geridədir - 0:1.

31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.


***

21:59


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk hissə bitib.


Manset.az xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu fasiləyə məğlub yollanıb - 0:1.

31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.

***

21:48

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçında ilk qol vurulub.


Manset.az xəbər verir ki, Ranners stadionunda keçirilən qarşılaşmada Azərbaycan çempionu məğlub duruma düşüb - 0:1.

31-ci dəqiqədə Ceyms Boqere meydan sahiblərini hesabda önə keçirib.

***

21:12

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus" (Danimarka) - "Sabah" matçı başlayıb.


Manset.az xəbər verir ki, qarşılaşma Ranners stadionunda keçirilir.

Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az