logo
logo logo
logo

"Qalatasaray"dan yeni transfer üçün HƏMLƏ

16:58 - 06 Avqust 2026

\"Qalatasaray\"dan yeni transfer üçün HƏMLƏ

"Qalatasaray" dünya səviyyəli futbolçu Rafael Leao ilə bağlı transfer çalışmalarını sürətləndirib. İstanbul təmsilçisi portuqaliyalı hücumçunun transferi üçün İtaliyanın "Milan" klubu ilə danışıqlar masasına əyləşib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, klub uzun müddətdir maraq göstərdiyi Rafael Leao transferində yeni mərhələyə keçilib.

Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, Qalatasaray və "Milan" klubu Rafael Leao-nun transferi ilə bağlı rəsmi danışıqlara başlayıb. Tərəflərin keçidin maliyyə şərtlərini müzakirə etdiyi, yaxın günlərdə danışıqların daha da intensivləşəcəyi bildirilir.

Qalatasaray rəhbərliyinin 26 yaşlı portuqaliyalı ulduzu heyətinə qatmaq üçün ciddi səylər göstərdiyi qeyd olunur. Transfer baş tutarsa, İstanbul klubu son illərin ən böyük transferlərindən birinə imza atmış olacaq.

Rafael Leao-nun "Milan"la müqaviləsi davam edir. Transfer danışıqlarının nəticəsi tərəflər arasında aparılacaq müzakirələrdən sonra dəqiqləşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az