logo
logo logo
logo

“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi

16:12 - 08 Avqust 2026

“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə yenidən maraqlanıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu üçün Azərbaycan klubuna 1,5 milyon dollar təklif olunub. Lakin “Qarabağ” bu məbləği qəbul etməyib.

Məlumata görə, Ağdam təmsilçisi əvvəlki transfer pəncərəsində Rusiyanın “Rubin” klubunun Bikalyo üçün göndərdiyi 2,5 milyon dollarlıq təklifi də geri çevirib.

“Botafoqo”nun Dominqos Andrade ilə müqavilə imzalamasından sonra Pedro Bikalyo ilə bağlı danışıqları davam etdirməyəcəyi bildirilir.

Qeyd edək ki, Bikalyo 2022-ci ildə “Palmeyras”ın gənclər komandasının kapitanı olub və San-Paulu Gənclər Kubokunu qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az